Çərşənbə, 17 Oktyabr 2018
USD : 1.7
EUR : 1.9602
Hava
+29 ° Baku
+25 ° Quba
+25 ° Qusar
+26 ° Gəncə
+22 ° Lənkəran
+28 ° Naxçıvan
+29 ° Salyan
+23 ° Şəki

Beyləqan pambıqçıları pulunu ala bilmir - İnam Kərimova müraciət

100-dən çox işçi 8 günlük alaq pullarını ala bilmirlər

Beyləqan rayonundan bir qrup sakinin AzFakt.com-a verdikləri məlumatda vurğulanır ki, 8 günə yaxındır pambıq sahələrində işlədikləri gündəlik pullarını ala bilmirlər. 

Xatırladaq ki, 2 həftə  öncə MilliYol.az saytı Beyləqan vətəndaşlarının pambıq pullarını ala bilməməsi barədə xəbər yaymışdı. Həmin xəbərdə bildirilirdi ki,  rayonda fəaliyyət göstərən Kənd Təsərrüfat İstehsalat  Müəsissəsinin direktoru Çərkəz Şirinov və baş aqranomu Mehman Həsənov pambıq alağı etmiş vətəndaşların halal pullarını vermirlər. Məlumatda qeyd edilirdi ki, Çərkəz Şirinovla Mehman Həsənov vətəndaşların alaq pullarını mənimsəmiş və indi də müxtəlif bəhanələr gətirməklə vəziyyətdən çıxmaq istəyir. 

Məsələ ilə bağlı rayon sakinlərinin AzFakt.com-a verdikləri məlumatda deyilir ki, dünən 2 günlük alaq pulları verilsədə, 8 günlük pul qalıb. Qeyd edək ki, ötən gün alaq pullarını ala bilməyən bir qrup sakin Beyləqan Kənd Təsərrüfatı İdarəsinin qarşısına toplaşaraq narazılıqlarını bildirmişdilər. Məhz bundan sonra vətəndaşların 2 günlük alaq pulları verilib. 

Rayon sakinləri qeyd edirlər ki, onların alaq pulları Beyləqan pambıq zavodu təərfindən Kənd Təsərrüfat İstehsalat Müəsissəsinə köçürülüb. Ancaq direktor Çərkəz Şirinovla baş aqranom Mehman Həsənov həmin vəsaitləri hansısa işləri üçün xərcləyiblər. Məlumatda Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin 600 ha pambıq əkdiyi bildirilir. Əkilən pambığ sahəsinin 200 ha yaxını yaxşı qulluq edilmədiyindən və mal-qaranın otlaq yerinə döndüyündən inkşaf etməyərək məhv olduğu deyilir.

Sakinlər Kənd Təsərrüfatı Naziri İnam Kərimova müraciət edərək Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin əkdiyi pambıq sahələrini yoxlatdırmasını xahiş edirlər. 

MilliYol.Az
Etiket:

loading...