İyulun 21-dən 7A (Bakı Beynəlxalq Avtovağzal Kompleksi-“Əhmədli” metrostansiyası) və 7B (Yeni Yasamal qəsəbəsi M.Xiyabani küçəsi-“Əhmədli” metrostansiyası) nömrəli müntəzəm marşrut xətləri fəaliyyətə başlayacaq
Bakı Nəqliyyat Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, müsabiqə yolu ilə 20 və 94 nömrəli müntəzəm marşrut xətlərinin əsasında yaradılan 7A və 7B xətləri üzrə sərnişindaşıma "BakuBus" MMC-yə məxsus müasir və komfortlu avtobuslar vasitəsi ilə həyata keçiriləcək.
Marşrut xətləri üzrə gediş haqqının ödənişi nağdsız qaydada "BakıKart" vasitəsi ilə olacaq: "Bu məqsədlə hər iki marşrut xətti boyunca 8 dayanacaq məntəqəsində ödəmə terminalları qoyulub. Bununla yanaşı 15 yeni dayanacaq məntəqəsi təşkil edilib".
Digər xəbərlər
loading...