Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında növbəti təyinatını alıb
"Report"un verdiyi məlumata görə, beynəlxalq dərəcəli hakim B qrupunun Hollandiya-Almaniya matçında yan xətt hakimi funksiyasını yerinə yetirəcək. Qarşılaşmanın baş hakimi xorvatiyalı İvana Martinçiç olacaq.
Qeyd edək ki, Hollandiya - Almaniya matçı iyulun 21-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq. Avropa çempionatına iyulun 30-da yekun vurulacaq. Xəyalə Əzizzadə daha öncə B qrupuda baş tutan Hollandiya - İtaliya oyununda yan xətt hakimi olub.
Digər xəbərlər
loading...