"XXI Əsr” Təhsil Məkəzinin rəhbəri, təhsil üzrə ekspert Etibar Əliyev müğənni Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsinin verilməsinə münasibət bildirərkən maraqlı məqama toxunub.
Ekspert "facebook” səhifəsində bunları yazıb:
"Nazpəri Dostəliyevaya fəlsəfə doktoru elmi dərəcəsi verilib. Bu xəbər çox adamı təəccübləndirdi. Bilmirəm niyə… Dostlar, elm Nazpəri xanım ilə nüfuzdan düşməyib. Elmi bilirsiniz hansı adamlar nüfuzdan salıb?
Birini deyim: Beyləqan rayon İcra hakimiyyətinin başçısı Vaqif Abdullayev 40 yaşında Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu (indiki İdarəçilik Akademiyası) bitirib. 2 ildən sonra isə namizədlik dissertasiyası müdafiə edib. İndi elmlər doktoru, professordur. Məncə ayıb olan məsələ budur".
Digər xəbərlər
loading...