Moskvaətrafının Mıtişinski şəhər məhkəməsi beynəlxalq hüquq şirkəti "Elman Qrup”un başçısı Elman Paşayev barəsində iki aylıq həbs qərarı verib
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, zorla pul qoparmaqda şübhəli bilinir.
İstintaqın versiyasına görə, E.Paşayevin müştərisi keçmiş moskvalı, amma hazırda ABŞ vətəndaşı olan SvetlanaTverskayadır.
2015-ci ildə S.Tverskaya barəsində, Moskvanın mərkəzində iki boş yaşayış binasına reyder basqınında ittiham üzrə, beynəlxalq axtarışa elan edilmişdi. 2017-ci ildə o, Birləşmiş Ərəb Əmirliklərində saxlanılmış və Rusiyaya ekstradisiya edilmişdi. 2018-ci ilin fevralında E.Paşayev məhkəmənin, müştərisi barədə həbs qərarını ev dustaqlığına dəyişdirməsinə nail olmuşdu. Sonra hüquqşünas “Dolqi.ru” portalının yaradıcısı Pavel Daşevskiyə, guya Tverskaya ilə bağlı məsələdə sözünün arxasında dayanmadığı üçün, təzyiqlər göstərməyə başlayıb və ondan 230 min dollar tələb edib. Elə bu tələblə də polisə müraciət edib və nəticədə zorla pul qoparmada şübhəli bilinərək saxlanılıb.
KİV iddia edir, bu, Elman Paşayevin fiqurantı ola biləcək yeganə iş deyil. Hüquq-mühafizə orqanlarında qalmaqallı hüquqşünasın keçmiş müştərilərindən daxil olan çoxlu ərizələr var.
Şikayətçilər E.Paşayevi ittiham edirlər ki, o öz xidmətləri üçün yüksək qonorarlar götürürdü — qiymətlər 5 milyon rubldan başlayırdı, amma o, işləri udmurdu.
Çoxsaylı şikayətlərə (müştəriləri aldatdığına, onlara yalan vədlər verdiyinə, KİV-də həqiqətə uyğun olmayan informasiyalar yaydırdığına, dələduzluğa və s.) görə E.Paşayevi üç dəfə vəkil statusundan məhrum ediblər. Nəticədə hüquqşünas "Elman Qrup”u yaradıb və onun rəhbəri kimi fəaliyyət göstərməyə başlayıb.
Digər xəbərlər
loading...