“O qədər haqsızlıqlar, iyrəncliklər görmüşəm ki... Qapanıb evə ağlamışam. Görürsən ki, ədalətsizliyə gücün çatmır, özünə qapanırsan. Biri var ağlamaq, biri də var hönkürtü vurmaq”
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Nadir Qafarzadə “Hər şey daxil” verilişində deyib. Sənətçi sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən danışıb. Nadir bildirib ki, oğulları da yazılanları görüb əsəbiləşir:
“Bir dəfə İsveçrədə olan oğlum anasına yazdı ki, ata haqqında nəsə yazıblar, Bakıya gəlirəm. Oğlum tam başqa xasiyyətdədir. Deyirdi ki, o adamla görüşəcəm, mənim atamla nə problemi var? Övladlarımla aramda pərdə var, onlar ancaq anaları ilə bölüşürlər. Xanıma dedim ki, ona yaz öz işi ilə məşğul olsun, dərsini oxusun. Atanın problemidir, dili var cavab verəcək”.
MilliYol.Az
Digər xəbərlər
loading...