Bakı şəhərində piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, iyulun 4-də paytaxtın Nizami rayonunun Q.Qarayev prospektində yolu keçən Bakı şəhər sakini Jalə Dəmirli müəyyən edilməmiş avtomobillə vurulub. Piyada xəstəxanaya müraciət etməyib.
Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Renault” markalı avtomobilin sürücüsü Xocavənd rayon sakini Nazir Hüseynov saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...