Ermənistan hökumətinin bu günkü iclasında Rusiyanın 102-ci hərbi bazasının bir qrup hərbçisinin təlim adı altında iyulun 17-də Şirak vilayətinin Panik kəndinə daxil olaraq atəş açması müzakirə olunub
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan iclasda çıxış edərək bu insidentə görə Rusiya hərbi bazasında məsuliyyət daşıyanların hamısının cəzalandırılmasını tələb edib.
“Bəyan etmək istəyirəm ki, bu sadəcə olaraq yolverilməz insidentdir. Mən bunu dost Rusiya-Ermənistan dostluq münasibətlərinə qarşı təxribat və Ermənistanın suverenliyinə qəsd sayıram”-Paşinyan deyib.
Baş nazir bildirib ki, insidentin hansı prosedurla araşdırılmalı olduğu aydınlaşdırılmalıdır. Bu məsələyə Rusiya hərbi bazasına dair müqavilə və Ermənistan qanunvericiliyi çərçivəsində baxılmalıdır. “İstənilən halda Polis insidentlə bağlı materiallar hazırlayır və sonrakı təhqiqatın effektli olmasına ümid edirəm”-o deyib.
Xatırladaq ki, 102-ci bazanın hərbçiləri bir neçə avtomobildən ibarət kalonla kəndə daxil olaraq xüsusi taktiki təlim məşğələsi keçiriblər. Bu zaman rus hərbçiləri boş patronlarla kənddə intensiv atəş açıb, heç nədən xəbəri olmayan kənd sakinləri güllə səslərini eşidərək evlərindən qaçıb. Bir çoxlarının qorxudan ürəyi gedib. İnsident Nikol Paşinyanın Brüsseldə NATO sammitində iştirakının ardınca baş verib. Moskva onun sammitdə iştirakından narazı idi.
MilliYol.Az
Digər xəbərlər
loading...