Bu il Azərbaycanda qaçqın statusu əsasında yaşayan şəxslərin sayında 23 faiz artım qeydə alınıb
Trend xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Xidmətin bu ilin 6 ayında fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, hazırda bu şəxslərin sayı 75 nəfərdir. Ötən ilin müvafiq dövründə bu göstərici 61 nəfər olub.
V.Hüseynovun sözlərinə görə, Dövlət Miqrasiya Xidməti miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9603 əcnəbi və vətəndaşlığı olmayan şəxs, həmçinin Azərbaycan vətəndaşları barəsində müvafiq qərarlar qəbul edib: "Bu da ötən dövrlə müqayisədə 2 faiz artım deməkdir".
MilliYol.Az
Digər xəbərlər
loading...