“Hər iki qarşılaşma çətin alındı. Bizim üçün ən önəmli olan nəticədir. Əsas odur ki, növbəti mərhələyə vəsiqə qazandıq”
Bunu “Qarabağ”ın futbolçusu Maksim Medvedev Sloveniyanın “Olimpiya” komandası ilə Çempionlar Liqasının I təsnifat mərhələsini cavab matçında qolsuz heç-heçədən sonra deyib.
Səfərdə rəqibini 1:0 hesabı ilə məğlub edən, Tofiq Bəhramov adına Respublika stadionunda isə bərabərə qalmaqla II təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ” Albaniya təmsilçisi “Kukesi” ilə qarşılaşacaq. Ağdam komandasının 29 yaşlı kapitanı bildirib ki, növbəti rəqib barədə az məlumata sahibdirlər: “Növbəti mərhələdəki rəqibimiz “Kukesi”dir. Onların hansı səviyyədə olduğunu bilmirik. Sadəcə, adını eştimişik. Albaniya komandasıdır, onlar hər zaman mübarizə aparırlar, fiziki gücə üstünlük verirlər. Fikirləşirəm ki, “Olimpiya”ya oxşayan komanda olacaq. Daha da möhkəm komanda olacağını düşünürəm. Ancaq rəqibi tam analiz edəndən sonra biləcəyik ki, onlara qarşı necə oynamaq lazımdır”.
Qeyd edək ki, “Kukesi” ilə ilk oyun 24-25 iyulda səfərdə, cavab görüşü 31 iyul - 1 avqustda Bakıda baş tutacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...