“Bu il Azərbaycana gələn əcnəbilərin sayında 10 faizdən çox artım olub”
Bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov bu ilin ilk yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: “Bu rəqəm 2017-ci ilin müvafiq dövründə 1 119 770 halda 747 107 nəfər olub”.
Rəis qeyd edib ki, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: “Bu da ötən illə müqayisədə 10 faiz artım deməkdir”.
V.Hüseynov deyib ki, hesabat dövründə daimi yaşamaq üçün icazəsi verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb: “Bu rəqəm 1859 olub”.
MilliYol.Az
Digər xəbərlər
loading...