İordaniya şahzadəsi Azərbaycanın Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri, şahzadə Mirad bin Raad əl-Hüseyni Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və ANAMA nümayəndələrinin müşayiəti ilə bu gün Cocuq Mərcanlıda olub. Onu Cəbrayıl və Füzuli rayon İH icra başçıları qarşılayıb.
Qonaq Cocuq Mərcanlı sakinləri ilə söhbət edib, kənd məktəbi ilə tanış olub, məscidə gedərək axundla görüşüb. O, işğaldan sonra rayon ərazisini tərk etməyən kənd sakini Oktay Həziyevin qonağı olub.
Mirad bin Raad əl-Hüseyni bildirib ki, Cocuq Mərcanlı kiçik olsa da, gözəl inşa edilib: “Burada gördüyüm bütün şərait - infrastruktur çox yüksək səviyyədə təşkil olunub. Bu, dövlətin nailiyyətidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...