İtaliyada Rusiyanın Prezidenti Vladimir Putini «gələcəyin lideri» hesab edirlər
Bu barədə, Demos-Koop təşkilatının həyata keçirdiyi «Söz xəritəsi» araşdırmalarının «La Repubblica» qəzetində dərc olunmuş nəticələrində söhbət açılır.
Əsas hissədən əlavə, araşdırma həm də «Gələcəyi görmə» bölməsini özündə əks etdirir. Bu bölmə sorğuda iştirak edənlərin beynəlxalq siyasətin perspektivlərinə yönəlik fikirlərini əks etdirir.
Nəşrin məlumatına görə, italiyalıların əksəriyyəti özlərinə ən yaxın xalq kimi ispanları görürlər. Rusiyalılar ikinci yerdə gəlirlər. Respondentlərin əksəriyyətinin fikrincə, İtaliyanın ən kəskin münasibəti Fransa ilə formalaşıb. Məqalədə qeyd olunur ki, belə «soyuqluq» Fransa rəhbərliyinin miqrantlar mövzusuna yönəlik mövqeyi ilə şərtlənir.
İtaliyalılar ən hörmətli lider kimi, Angela Merkeli görürlər. Eyni zamanda, rəyi soruşulanların böyük qismi Prezident Putini gələcəyin lideri adlandırıblar. Nəşrin məlumatına görə, onun amerikalı həmkarı, əksinnə, italiyalılar arasında populyar deyil.
Araşdırma həm də göstərib ki, italiyalıların fikrincə, yaranmış reallıq üçtərəfli – Avroittifaq, ABŞ və Rusiya qarşıdurmasının nəticəsidir.
MilliYol.Az
Digər xəbərlər
loading...