Fransa prezidenti Fransua Olland və ekologiya naziri Seqolen Royalın qızı ev kiralamaq istəyərkən fırıldaqçılarla üzləşib.
Yeni təhsil-tədris ili üçün Parisdə ev kiralamaq istəyən 24 yaşlı Flora Olland, internetdən tapdığı evə 1200 avro ödəyib. Belə ki, prezident qızı lazımi sənədləri hazırlayaraq iki aylıq kirayə haqqını ev sahibinin bank hesabına göndərib.
Evə yerləşmək üçün gedən Flora Olland və anası Seqolen Royal, qapının kilidli olduğunu görərək ev sahibini axtarsalar da tapa bilməyiblər.
Aldadıldıqlarını başa düşən ana və qızı ev sahibinin cinayətilə bağlı şikayət ediblər. (Publika.az)
MilliYol.Az
Digər xəbərlər
loading...