2018-ci ilin ilk 6 ayı ərzində 16 dini icma (13 İslam, 3 qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb
“Report” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində bu ilin 6 ayının yekunlarına həsr olunan kollegiya iclasında Komitə sədrinin müavini Gündüz İsmayılov hesabat məruzəsi ilə çıxış edərkən deyib.
G.İsmayılov hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 60 müraciətin (57 İslam, 3 qeyri-islam təmayüllü) daxil olduğu, 7 dini qurumun sənədləri qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı bildirib. Gündüz İsmayılov ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması, siyahısının hazırlanması və təkmilləşdirilməsi sahəsində işin davam etdirildiyini, idxalla bağlı 2018-ci ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 483 adda dini məzmunlu ədəbiyyatdan dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısının alındığını bildirib. O əlavə edib ki, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyatın 22-sinin çapı məqsədəuyğun sayılmayıb. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq Dövlət Komitəsinə göndərilən 224 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 56-sının zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.
Digər xəbərlər
loading...