Hindistan polisi Tereza Ana xeyriyyə mərkəzlərinin uşaq alveri ilə məşğul olması barədə ittihamlar fonunda istintaqa başlayıb
"Report" BBC-yə istinadən xəbər verir ki, iyulun əvvəlində rahibə və mərkəzin əməkdaşlarından biri uşaq satmaq şübhəsi ilə saxlandıqdan sonra hökumət polisə bütün ölkə boyu təşkilatın fəaliyyətini təftiş etmək üçün müraciət edib.
Xeyriyyə təşkilatının nümayəndələri bu xəbəri "şokedici" adlandırıblar və daxili istintaqa başladıqlarını bildiriblər.
"Bu, bütün mənəvi inamlarımıza qarşı cinayətdir. Əgər belə hal baş veribsə, onun bir daha təkrarlanmaması üçün bütün lazımi tədbirləri görəcəyik", - Tereza Ananın missionerlərinin biri olan Sunita Kumar deyib.
Digər xəbərlər
loading...