Bakıda toy karvanında iştirak edən və tuneldə yolu kəsən sürücülər saxlanılıb. REAL-ın məlumatına görə, görüntülər əsasında araşdırmalara başlayan hüquq-mühafizə orqanları avtomobillərin sürücülərini müəyyənləşdirib
Ümumilikdə 12 nəfər saxlanılıb. Artıq onlardan 5-i məhkəmə qarşısına çıxarılıb və 20 gün müddətinə inzibati qaydada həbs olunub. Bundan başqa, onların sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb. Digət 7 nəfər barəsində də məhkəmə qərarının veriləcəyi gözlənilir.
Həbs edilən şəxslər Binəqədi rayon sakinləri 90 BV 896 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Bürhanəddin Əliyev, 90 UT 031 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Rəsul Rəsulov, 99 MN 399 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Qusar rayon sakini Orxan Hacıbalayev, 10 CP 063 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Abşeron rayon sakini Rəşad Cabbarov, 10 NX 240 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Cəbrayıl rayon sakini Elməddin Əliyevdir.
İlkin məlumata görə, hadisəni törədənlərin hamısı avtomobil bazarında biznes fəaliyyəti ilə məşğuldur.
Qeyd edək ki, görüntülər sosial şəbəkələrdə yayılıb və bu hərəkət izləyicilər tərəfindən yaxşı qarşılanmayıb. Bakıdakı tunellərin birində hərəkət edən həmin toy karvanındakı sürücülər yolu kəsərək avtomobildən düşüblər və zər yağışı yağdırmağa başlayıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...