“Ötən il BMT Baş Assamableyasının sessiyasında iştirakı çərçivəsində İran prezidenti Həsən Ruhaninin Nyu-Yorka səfəri zamanı ABŞ prezidenti Donald Tramp onunla görüşmək üçün İslam Respublikasının nümayəndə heyətindən 8 dəfə xahiş edib”
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, bunu İran prezident administrasiyasının başçısı Mahmud Vaizi iyulun 18-də jurnalislərə açıqlamasında bildirib.
“İnterfax” bildirib ki, ABŞ prezidentindən görüşlə bağlı sorğunun verilməsi barədə məlumat yayılmayıb. İndiyədək Donald Trampla Həsən Ruhani arasında görüş olmayıb.
Bildirilib ki, 2017-ci ilin oktyabrında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhra Qasemi BMT Baş Assambeyası çərçivəsində Donald Trampın görüşmək istəyindən Həsən Ruhani imtina edib. Onda ABŞ Dövlət Departamentinin sözçüsü Xizer Noyretdə BMT-də assamlbleya çərçivəsində yüksək səviyyədə görüşün keçirilməsində İran tərəfin imtina etdiyini bildirmişdi. Ancaq o, bu görüşdə ABŞ tərəfindən iştirak edəcək rəsminin adını açıqlamayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...