İspaniyanın iki qəzeti redaksiya məqalələrini iyulun 16-ı Finlandiyanın paytaxtında baş tutan Rusiya və ABŞ prezidentlərinin görüşünə həsr edib
“Tramp Putinə etibar edir və yenə Avropanı alçaldır” – “El Mundo” nəşrindəki şərhlərin başlığı belədir.
“İlliberalizm kursuna görə Rusiyaya tətbiq edilən sanksiyalara rəğmən, sammitin baş tutmasını (və harada baş tutmasını) nəzərə alsaq, analitiklər yekdilliklə Helsinki görüşünü Putinin geosiyasi qələbəsi hesab edirlər”, – nəşr yazır. Qəzet, həmçinin hesab edir ki, sammit “zəifliyi ucbatından və birləşdirici dialoqun olmamasından dolayı Trampın nifrət etdiyi Avropa demokratiyalarının zərəri hesabına, Putinin avtoritar Rusiyasını ABŞ-ın strateji tərəfdaşı statusu səviyyəsinə qaldırıb”. “Tramp müxalifəti təqib edən, hakimiyyət müddətini uzatmaq üçün qaydaları dəyişən Rusiya prezidenti kimi güclü rəhbərin onu tovlamasına icazə verib”, – məqalədə deyilir.
Trampın “sammit yaxşı başlanğıc olub” sözlərini şərh edən qəzet bu ifadədə “planetin birinci demokratik ölkəsinin prezidentinin Putini beynəlxalq arenada təmizə çıxardığı və Avropanın simvolizə etdiyi demokratik dəyərləri alçaltdığı məğlubiyyətin” əlamətlərini görür. “Tramp artıq Avropanı “düşmən”adlandırır, eyni zamanda ABŞ-ın Rusiya ilə bağlı siyasətinin “dəyişdiyini” bildirir, – qəzet yazır. – Ancaq bu siyasətin dəyişməsinə Amerikanın təsiri altında Rusiyanın demokratiyalaşması deyil, Trampın Putinlə yaxınlaşması səbəb olub. Bu, çox pis xəbərdir və yaxın gələcəkdə adət etdiyimiz geosiyasi nizamda dramatik dəyişikliklər vəd edir”.
“Tramp və Putin yeni əsrin başladığını nümayiş etdiriblər” – “La Vanguardia” nəşrinin başlığı iddia edir.
Qəzet yazır ki, Tramp-Putin sammitinin ilkin gündəliyi olmayıb, demək olar heç kim bu görüşdən konkret nəticə gözləməyib. “Həqiqətən də, konkret nəticə yoxdur, amma hər iki prezidentin davranışı ilə nümayiş etdirdiyi belə bir hiss var ki, yeni əsr başlayıb və həm ikitərəfli münasibətlərdə qarşılıqlı etimadın bərpası naminə, həm beynəlxalq böhranların tənzimlənməsi üzərində birgə fəaliyyət məqsədilə aparılan dialoq burada əsas rol oyanacaq”,- qəzet hesab edir.
Məqalədə deyilir ki, Putin sammitdə iki məqsəd güdüb: “beynəlxalq legitimlik və Rusiyanın dünya dövləti kimi statusunun tanınması”. Tramp isə, göründüyü kimi, Putinə çox güzəştə gedib.
Məqalədə deyilir ki, Tramp və Putin AB-nin zəifləməsində maraqlıdırlar: “Tramp ona görə ki, bu, onun Avropa ilə başladığı ticarət müharibəsinə və NATO-da müdafiə xərcləri ilə bağlı avropalılara irəli sürdüyü tələblərə sərf edir. Putin ona görə ki, Rusiyanın təhlükəsizlik sahəsində həyata keçirə biləcəyi təhdidlərə müqavimət göstərmək parçalanmış Avropaya daha çətin olacaq. Qeyd edək ki, hazırda AB Kremlin Ukraynada yürütdüyü siyasətə görə tətbiq ediyi iqtisadi və ticari sanksiyalar vasitəsilə bu təhlükələrə müqayivət göstərir”.
MilliYol.Az
Digər xəbərlər
loading...