Ağcabədidə qanlı insident baş verib, ərlə arvad bir-birini bıçaqlayıb
APA xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində yerləşən fermada qeydə alınıb.
Orada işləyən, 1971-ci il təvəllüdlü Xanlar Muxtar oğlu Məmmədov aralarında yaranmış ailə münaqişəsi zəminində keçmiş həyat yoldaşı, 1980-cı il təvəllüdlü Gülnaz Saleh qızı Məmmədovanı bıçaqlayıb. G. Məmmədova bu zaman X. Məmmədovun əlindən bıçağı alaraq onun özünə də xəsarət yetirib.
Hər iki şəxs təcilli Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. G. Məmmədovanı xilas etmək mümkün olub.
X. Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra o, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Ağcabədi rayon Prokuyrorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
MilliYol.Az
Digər xəbərlər
loading...