“Azərbaycan Respublikasının kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı üzrə Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 2017-ci ilə nəzərdə tutulmuş hissəsinin 67 faizinin icrası tamamlanıb, 24 faizi qismən icra edilib, 9 faizi isə icra edilməyib
"APA-Economics" xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli 28 dekabr tarixli 1771 nömrəli fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi” yaradılıb: "Agentlik ölkədə kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, KOS subyektlərinə bir sıra xidmətlər göstərən, dövlət orqanlarının bu sahədə xidmətlərinin əlaqələndirilməsini və tənzimlənməsini həyata keçirən publik hüquqi şəxsdir".
Hesabatda bildirilib ki, vahid məlumat portalının yaradılması məqsədilə müxtəlif ölkələrdə fəaliyyət göstərən portallarda elektron xidmətlər, o cümlədən sahibkarların məlumatlandırılması və maarifləndirilməsi, elektron qeydiyyatı və digər xidmətlər araşdırılıb və təkliflər hazırlanıb. Bundan başqa, beynəlxalq təcrübə, ölkədə mövcud vəziyyət və milli qanunvericilik sistemi araşdırılmaqla, ölkədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya layihəsi hazırlanıb: "Tik–idarə et–təhvil ver” modeli (“TİT” modeli) əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər görülmüş, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib. Bundan əlavə, dövlət satınalmalarında KOS subyektlərinin minimum iştirak payının müəyyənləşdirilməsi ilə bağlı bir sıra normativ hüquqi aktların layihələri hazırlanıb. Rəqabət mühitinin təkmilləşdirilməsi ilə bağlı beynəlxalq təcrübə nəzərə alınaraq, Rəqabət Məcəlləsinin yeni layihəsinin hazırlanması işi davam etdirilib. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli qanunu ilə sahibkarlıq sahəsində aparılan yoxlamalar növbəti dəfə 2021-ci il yanvarın 1-dək dayandırılıb".
2017-ci ildə ölkədə biznes assosiasiyalarının hüquqi statusunun müəyyən olunması və onların fəaliyyətini tənzimləyən ayrıca qanunvericilik aktının layihəsinin hazırlanması, normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə ölkə qanunvericiliyi və beynəlxalq təcrübə araşdırılıb, müvafiq normativ hüquqi aktların layihələri hazırlanıb. Sahibkarların təşəbbüsü və aidiyyəti qurumların dəstəyi ilə “Tikinti Materialları İstehsalçıları Assosiasiyası”, “Azərbaycan Qablaşdırma Sənayesi Assosiasiyası”, “Mebel İstehsalçıları Assosiasiyası”, “Azərbaycan Tekstil İstehsalçıları və İxracatçıları Assosiasiyası”, “Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası”, “Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyası”, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” və “Çay İstehsalçıları və İxracatçıları Assosiasiyası” təsis olunub.
Sənəddə vurğulanıb ki, KOS subyektləri arasında mübahisələrin alternativ həlli imkanlarının, habelə müflisləşmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi və iflas reyestrinin yaradılması məqsədilə müxtəlif ölkələrin qanunvericilik təcrübəsi araşdırılaraq təhlil edilib, müvafiq təkliflər hazırlanıb: "Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu” təsis edilib. İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyət çərçivəsini müəyyən edən qaydalar Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli fərmanı ilə təsdiq edilib. Daşınar əmlakın yüklülüyünün dövlət reyestrinin formalaşdırılması ilə əlaqədar müvafiq qaydalar layihəsi hazırlanıb. KOS subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması məqsədilə beynəlxalq təcrübə araşdırılıb, “Qənaətli istehsal metodlarını tətbiq etməklə model müəssisənin yaradılması metodologiyası”, “KOS subyektlərinin faydalanması üçün Azərbaycanda model müəssisənin yaradılması metodologiyası” hazırlanıb. Həmçinin, beynəlxalq təcrübə nəzərə alınmaqla model müəssisənin yaradılması ilə bağlı müvafiq normativ hüquqi aktların layihələri hazırlanıb. Qadın sahibkarlığının, habelə kənd yerlərində qadın məşğulluğunun mövcud vəziyyətinin, eləcə də beynəlxalq təcrübənin təhlilinə əsaslanmaqla ölkədə qadın sahibkarlığın inkişafının dəstəklənməsi ilə bağlı müvafiq təkliflər hazırlanıb".
MilliYol.Az
Digər xəbərlər
loading...