Geniş tərkibdə görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olub
“Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzaladılar.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İtaliya Dəmir Yolları Şirkətinin beynəlxalq inkişaf üzrə vitse-prezidenti Covanni Rokka imzalayıblar.
“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma”nı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzalayıblar.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə”ni Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzalayıblar.
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və İtaliya pezidenti Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...