“ABŞ-Rusiya münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb”
“Reuters” agentliyinin verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Rusiya ilə münasibətlərimiz indiyədək belə pis olmamışdı, lakin indi əhəmiyyətli dərəcədə yaxşılaşıb, gələcəkdə daha da yaxşılaşa bilər”, deyə D.Tramp qeyd edib.
Eyni zamanda, D.Tramp Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını bildirib. ABŞ prezidenti həmçinin Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair kəşfiyyatın nəticəsi ilə razılaşdığını bildirib.
“Mən kəşfiyyatın rəyini qəbul edirəm, lakin sövdələşmə olmayıb”, deyə D.Tramp vurğulayıb.
Qeyd edək ki, ötən gün Finlandiyanın paytaxtı Helsinkidə ABŞ prezidenti Donald Tramp və Rusiya dövlət başçısı Vladimir Putinarasında görüş keçirilib/APA.
MilliYol.Az
Digər xəbərlər
loading...