Mehman Allahverdiyev "Kəpəz"dən kənarlaşdırılıb. Yayılan məlumata görə, icraçı direktor vəzifəsini tutan mütəxəssis işdən kənarlaşdırılıb və bu barədə qərar bayram günlərindən sonra rəsmən açıqlanacaq.
Fanat.Az Mehman Allahverdiyevin işdən kənarlaşdırılması barədə bəzi təfərrüatları dəqiqləşdirib. Kluba yaxın mənbənin verdiyi məlumata görə, onun vəzifədən azad olunması ilə bağlı qərarı birbaşa Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev özü verib.
Mənbə bildirir ki, icra başçısına "Kəpəz" və rəhbərliyi haqqında yazıların Mehman Allahverdiyev tərəfindən mətbuata ötürüldüyü barədə məlumat verilib. Elə bu səbəbdən də Elmar Vəliyev onun qovulmasına qərar verib.
Məlumatda həmçinin qeyd olunur ki, Mehman Allahverdiyevin ardınca onun klubdakı yaxın adamları da işdən kənarlaşdırılacaq. Həmin şəxslərdən ikisinin adını dəqiqləşdirmişik. Mənbə iddia edir ki, klubun lisenziyalaşdırma üzrə meneceri Nofəl Əzizov və "Kəpəz"in rəisi Tahir Mirzəyev də işdən azad olunacaq. Hər iki şəxs Mehman Allahverdiyevin adamı hesab olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...