Ermənistan Müdafiə Nazirliyində vəziyyət getdikcə gərginləşir
Axar.az xəbər verir ki, bu barədə “Qraparak” qəzeti məlumat yayıb.
Bildirilir ki, yeni hökumətin orduda yoxlamaları erməni generalları qıcıqlandırmağa başladıb:
“Hamımıza cinayətkar kimi baxırlar. Bir general axtarışa verilib, biri həbs edilib, yerdə qalanlar isə şahid kimi işə cəlb edilib. Yəni hər kəsi başsız edirlər. Digər sferalarda nə etməklərindən asılı olmayaraq, orduda şou düzəltməməlidirlər” – deyə qəzetin nazirlikdəki mənbəsi bildirib.
Digər xəbərlər
loading...