2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd olacağını əvvəlcədən deyən rusiyalı politoloq Aleksandr Duqin sensasion iddialarla çıxış edib
Teleqraf.com xəbər verir ki, Duqin Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdi baş tutacağı halda, Türkiyədə vətəndaş müharibəsinin başlayacağını iddia edib.
Politoloq qeyd edib ki, cəhdin qarşısı alınmasaydı, hazırda Türkiyədə fərqli vəziyyət hökm sürürdü:
“İndi Türkiyə İraq və Suriya kimi ola bilərdi. Bu, vətəndaş müharibəsi demək idi. Həmin vaxt Şimali İraqdakı kürdlər Türkiyəyə müdaxilə etmək və bu ölkəni parçalamaq üçün əvvəldən hazır vəziyyətdə gözləyirdilər. Kürdlərə bu barədə əvvəldən təlimat verilmişdi. Çox güman ki, bu cəhdin qarşısı vaxtında alınmasaydı, Türkiyə parçalanmışdı.
15 iyul çevrilşi digər qiyamlardan daha fərqli olacaqdı. Çünki bundan əvvəlki qiyamlar Kamalist qiyamlar idi. 15 iyul qiyamında da, bu iddia ilə meydana çıxdılar. Lakin onlar tamamilə anti-demokratik qüvvələr idilər. FETÖ və Balyoz işində iştirak etmiş həmin qüvvələr Ərdoğana nəzarət edə bilməyəcəklərini biləndən sonra bu addımı atmağa cəhd etdilər.
Digər xəbərlər
loading...