Hərəkət sürətinin həddi 80 km/saat və daha artıq müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsini piyadaların yolu keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçdiyinə görə 40 manat məbləğində cərimə ediləcək
APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla qüvvəyə minən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.
Bu hal istisna olmaqla, yəni hərəkət sürətinin həddi 80 km/saatdan aşağı müəyyən edilmiş yolda piyada yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçdiyinə görə yenə 20 manat məbləğində cərimə ediləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...