Ermənisatnın sabiq prezidenti Serj Sarkisyanın axtarışda olan qardaşı oğlu Narek Sarlisyan ötən il bir nəfəri qaçıraraq onu işgəncələrə məruz qoyub
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, məlumatı Ermənistan polisi yayıb.
Qeyd olunur ki, 49 yaşlı bir kişi Yerevanda xarici qonaqlar üçün gecə klubu açmaq istəyib.
2017-ci ilin avqustunda iş adamı Yerevanın mərkəzində oğurlanaraq Narek Sarkisyanın yaşadığı evin zirzəmisinə gətirilib.
“Burada kişini döyüblər. Sarkisyan onu tapança ilə öldürəcəyini deyib, daha sonra isə qaz lampası ilə bədəninin müxtəlif yerlərini yandırıb.
Kişi yalnız klub biznesi ilə məşğul olmayacağına dair zəmanət verdikdən sonra azad edilib”, - polisin bəyanatında deyilir.
Ermənistan polisinin Cinayət Axtarışı Baş İdarəsində hazırlanan müvafiq sənədlər Ermənistan Baş Prokurorluğuna göndərilib.
MilliYol.Az
Digər xəbərlər
loading...