Ukraynanın "Şaxtyor" (Donetsk) komandasının futbolçusu Taysonun anası Rozangela Barsellos Freda Braziliyada oğurlanıb
"Report"un correio24horas.com.br-ə istinadən verdiyi məlumata görə, oğru qadını evinin yanında maşında gözləyib. Rozangela çölə çıxdıqda, həmin şəxs gül buketi ilə onun dalınca düşüb. Sonra o, qadını tutaraq, maşının baqajına salıb və aradan çıxıb.
Hüquq-mühafizə orqanları qadını həmin axşam qonşu yaşayış məntəqəsində tapıblar. Cinayətin bütün iştirakçıları saxlanılıb. Onların sayı və adları açıqlanmır.
Qeyd edək ki, Tayson 2018-ci il dünya çempionatında Braziliya millisinin heyətində yer alıb.
MilliYol.Az
Digər xəbərlər
loading...