Ötən axşam saat 3 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 59-cu km-də yol-nəqliyyat hadisəsi baş verib
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Masallı rayonunun Əzizabad kəndinin 39 yaşlı sakini Rabil Fətulla oğlu Bağışov idarə etdiyi “QAZel” markalı avtomaşını dəmir yolu keçidinin üzərindən keçərkən aşırıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hadisənin sürücünün sükan arxasında mürgüləməsi ucbatından baş verdiyi deyilir. Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...