Rusiyanın Yekaterinburq şəhərinin meriyası azərbaycanlı biznesmen Fazil Əliyevin illərdir kriminal ünsürlərin məskəninə çevrilmiş kafesini sökür
Virtualaz.org xəbər verir ki, şəhərdəki tramvay xəttinin son dayanacağında yerləşən və qanunsuz tikilən “Yeddi açar” kafesinin sökülməsi meriyanın öz hesabına həyata keçiriləcək. Söküntü işləri üçün podratçı “Naysprom” MMC şirkəti seçilib. Şirkət sökütnü işləri üçün meriyadan 475 min rubl alacaq. İşlər 45 gün ərzində yekunlaşmalıdır.
Yekaterinburq meriyası Fazil İlyas oğlu Əliyevin Anqarsk küçəsi, 18 və 20/1 ünvanlarında yerləşən kafesinin, habelə avtoservisinin sökülməsi üçün bir neçə ildir mübarizə aparır. Meriya obyektin sökülməsi üçün məhkəmə iddiası qaldırıb, sahibkar məhkəməni uduzub. Amma kafeni öz hesabına sökməkdən imtina edib. İndi meriya söküntü işlərinə pul ayırsa da həmin pulu sonradan Əliyevdən almağa hazırlaşır.
“Yeddi açar” kafesi Yekaterinburqun kriminal aləmində məşhur yerdir. Bu kafedə vaxtaşırı olaraq azərbaycanlı kriminal qruplaşmaların nümayəndələri (əsasən “Rövşən Lənkəranski”nin klanı) toplaşırdı. 2013-cü ilin sentyabrında Yekatrinburq polisi SOBR və OMON-un dəstəyi ilə kafedə “sxodka”ya basqın edib. Bu zaman kriminal aləmin 48 nümayəndəsi saxlanılıb. Onlar “Timur Sverdlovski” ləqəbli “vor zakon”a bağlı adamlar olublar.
Xatırladaq ki, bu ilin iyun ayında Yekaterinburq prokurorluğu Şartaş gölünün sahilində yerləşən “Kaspi” restoranının da sökülməsi üçün məhkəmə qətnaməsi çıxarılmasına nail olub. Həmin restoran yerli azərbaycan diasporunun lideri Şahin Şıxlinskiyə məxsusdur.
MilliYol.Az
Digər xəbərlər
loading...