Ermənistanın Müdafiə Nazirliyi kəşfiyyatçı Karen Kazaryanın Azərbayan ordusuna əsir düşdüyünü təsdiqləyib
Ermənistan tərəfinin məlumatında 1984-cü il təvəllüdlü Ermənistan vətəndaşı Karen Kazaryanın Tavuş vilayətinin Berdavan kənd sakini olduğu bildirilir.
Nazirliyin mətbuat katibi Artsrun Ovannisyan deyib ki, müdafiə naziri, eyni zamanda Əsir və Girov Götürülmüş, İtkin Düşmüş Şəxslər üzrə İdarələrarası Komissiyanın sədri David Tonoyan Karen Kazaryanın geri qaytarılmasının təşkili üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan ofisinə müraciət edib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova Modern.az-a deyib ki, münaqişə tərəflərilə bu məsələlərlə bağlı ikitərəfli konfedensial dialoq aparılır:
“Komitə silahlı münaqişələr zamanı saxlanılan şəxslərə baş çəkir ki, onların saxlanma şəraiti, onlarla rəftarı monitorinq etsin, onlara ailə əlaqələri üçün şərait yaradılsın. Hazırda bu məsələ ilə bağlı da müzakirələr davam etdirilir”.
İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı xəbərə görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.
Bu, 1984-cü il təvəllüdlü Karen Kazaryandır. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...