Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini dövlət və vətəndaşlar üçün milli təhlükəyə çevirən sabiq nazir Eldar Mahmudovun nə zaman həbs olunacağına dair suallar bitmir.
Rəhbərlik etdiyi nazirlikdə mütəşəkkil cinayətkar dəstə yaradan Eldar Mahmudovun komandasından 21 nəfər həbsə alınsa da, ozü hələ də azadlıqdadır. İstintaq tərəfindən dəfələrlə dindirilməsinə baxmayaraq, nədənsə o, həbs olunmur. Sabiq nazirin “vurulandan” sonra içkiyə qurşandığı, səhhətində ciddi problemlərin yarandığı da verilən xəbərlər arasındadır.
Eldar Mahmudovla bağlı yeni xəbər əldə edilib. Mənbənin sözlərinə görə, dünən sabiq MTN şefi yaxın dostu olan “AGBank”ın Müşahidə Şurasının sədri Çingiz Əsədullayevin oğlunun toy məclisində olub. Toy şənliyi “Böyük Saray” adlı şadlıq sarayında təşkil olunub. Qonaqlar arasında əyləşən Eldar Mahmudov ancaq toyda təbrik nitqi söyləməyib. Təxminən 2 saata yaxın məclisdə oturan sabiq nazir Çingiz Əsədullayev tərəfindən avtomobilinə qədər yola salınıb. (gununsesi.info)
MilliYol.Az
Digər xəbərlər
loading...