“İranın məktubunu Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampa verəcəyi barədə yayılan məlumat doğru deyil”
“Report” TASS-a istinadən xəbər verir ki, bunu İran Xairic İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi iyulun 16-da keçirdiyi mətbuat konfransında bildirib.
“Rusiya və ABŞ bu danışıqlarda ikitərəfli mövzuları müzakirə edəcəklər. Bunun İrana heç bir aidiyyəti yoxdur”, - deyə Bəhram Qasemi vurğulayıb.
İranın ali rəhbəri Seyid Əli Xaməneinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti iyulun 13-14-də Moskvaya səfər etmiş, Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. KİV-də iranlı qonağın Vladimir Putinə Donald Trampa catacaq məktubu verdiyinə dair məlumatlar yayılmışdı.
MilliYol.Az
Digər xəbərlər
loading...