Uilyam Roberts
“Əl-Cəzirə”
Keçən ay Sinqapurda Kimlə olduğu kimi, iyunun 16-da ABŞ prezidenti Donald Tramp rusiyalı vəzifədaşı Vladimir Putinlə Finlandiyada görüşəcək. Yarım saat davam edəcəyi təxmin edilən fərdi danışıqlardan sonra iki lider, ABŞ və Rusiya mətbuatının suallarına cavab verməzdən əvvəl, rəsmilərlə genişləndirilmiş tərkibdə zirvəyə qatılacaq.
Sammitdən qabaq ABŞ-da əsas narahatlıq Trampın 2016-cı il prezident seçkiləri əsnasında Rusiyanın kiberhücumu iddiası ilə bağlı ötən həftə Vaşinqtonda yayımlanan yeni məlumatlardan sonra Putinlə qarşılaşmasıdır.
Xatırladaq ki, Putin Trampın udduğu seçkiyə Rusiyanın müdaxiləsini təkzib edib.
Xüsusi müşavir Robert Müller cümə günü seçkilərə müdaxilə etmək üçün “geniş miqyaslı kiber əməliyyatlar keçirmiş” 12 QRU (Baş Kəşfiyyat İdarəsi) casusuna qarşı rəsmi ittihamları açıqlayıb. Onlar “fishing”dən virus yayma və “Bitcoin” nüsxəsi çıxarma, oğurluq və Trampın 2016-dakı rəqibi Hillari Klinton əleyhinə siyasi kampaniyası aparmaqda təqsirləndirilir.
Uilson Mərkəzinin analitiki Aaron David Miller “əl-Cəzirə”yə bildirib: “ABŞ prezidenti mətbuat konfransında və ya Helsinki sammitində Rusiyanın siyasi sistemimizə və seçkilərimizə müdaxilə etdiyini ictimaiyyətə açıqlamasa, zirvə uğursuz olacaq və ya bir uğursuzluq kimi qəbul ediləcək”.
Evdəki daxili siyasətdən uzaqlaşan Tramp Vaşinqtonun Avropadakı müttəfiqləri ilə açıq şəkildə mübahisə edib, digər dünya liderlərindən fərqli olaraq, Putini heç bir zaman tənqidə məruz qoymayıb və ya ona etirazını bildirməyib.
Tramp və Putin Rusiyanın kiberhücumlarına dair iddiaların öhdəsindən gələ bilər, lakin Suriya münaqişəsi ilə bağlı hər hansı yeni əməkdaşlığın, Şimali Koreya ilə nüvə danışıqlarının Qərbin iqtisadi sanksiyalarının ləğvinə gətirib çıxaracağını, Putinin buna müvafiq hərəkətlər edə biləcəyini təxmin etmək çətindir.
Tramp tənqidləri təhrik edir
Son ittihamların, Müllerin araşdırmasının seçkilər ərəfəsində baş verməsi Konqresdəki respublikaçılar arasında hiddətə səbəb olub.
Demokrat Partiyasının baş katibi Trampı Helsinki sammitini təxirə salmağa və Putindən intiqam almağa çağırıb. Senatın demokrat fraksiyasının lideri Çak Şumer cümə günü “Twittter”-də yazıb: “Putinlə görüşü ləğv et!”
Sabiq səfir Nikolas Börns, Trampın xarici siyasətinin tənqidçisi, oğul-Buş administrasiyasında Dövlət Departamentinin məmuru isə bu “tweet”-i atıb: “Tramp-Putin zirvəsi üçün əsas məsələ – Putin 2016-cı ildə ABŞ-a qarşı yeni kiber müharibə elan edib. Tramp heç vaxt bunu etiraf etməyib, buna heç vaxt cavab verməyib. Putindən əvəz çıxılmayıb, Tramp işini yerinə yetirməlidir + ölkəmizi müdafiə etmək”.
Tramp, Obama administrasiyası dövründə meydana gələn rus kiberhücumunu bir “tweet”-lə rədd edərək, tənqidlərə göz yumub.
“Niyə Obama bir şey etməyib? Çünki Hillari Klintonun qalib gələcəyini düşünürdü, buna görə də məsələnin Tramp administrasiyası ilə heç bir əlaqəsi yoxdur, amma “Fake News” həmişəki kimi, həqiqəti bildirmək istəmir!”
2016-cı ildəki kampaniya zamanı Tramp Moskvanı Klintonın e-məktublarını “hack” etməyə təşviq etmişdi: “Rusiya, məni dinləyirsinizsə, ümid edirəm ki, əksik olan 30 min elektron məktubu tapa bilərsiniz”. O, Klintonın ABŞ dövlət katibi olduğu müddətdə xüsusi, qeyri-hökumət elektron poçtundan istifadəsinə eyham vururdu.
Həmin gün rus casusları Klintonın şəxsi ofisinin elektron poçtlarını və onun kampaniyasındakı 76 elektron poçt ünvanını oğurlamağa çalışıblar.
“Çox zərərli”
Trampın Helsinkidə Putinlə görüşü ABŞ prezidentinin Brüsseldə keçirilmiş NATO sammitində avropalı müttəfiqlərlə üzləşməsi və baş nazir Tereza Meyin “Brexit” strategiyasını açıq şəkildə tənqid etməsi ilə Britaniyada səfəri zamanı böyük etirazlarla qarşılanıb.
Prezidentin biznes şəriki Rupert Mördokun “The Sun” qəzetinə müsahibə verən Tramp, Meyi yumşaq “Brexit” planını qəbul etdiyinə görə tənqid və ABŞ-ın İngiltərə ilə ayrıca ticarət razılaşması imzalamayacağı ilə təhdid edib.
Tramp müsahibəsində əvvəlki sözlərini “saxta xəbər” adlandıraraq təkzibləyib.
ABŞ prezidenti Törnberri şəhərindəki qolf kurortunda “CBS News”a televiziya müsahibəsində Putinin görüşünə “aşağı gözləntilər”lə yanaşdığını söyləyib.
Tramp Almaniyanı Rusiya ilə qaz boru xətti müqaviləsinin tənqidini təkrarlayıb və Avropa Birliyinin ticarət “düşmən”i adlandırıb.
Uilson Mərkəzinin analitiki Miller deyib: “İttifaqlar etibar və inam anlayışlarına söykənir və avropalılar ilə münasibətdə bunlar yoxdur. Trampın İngiltərədəki bəzi şərhləri onun liberal-demokratik, plüralist dünya nizamı konsepsiyasını pozmağa cəhd etdiyini göstərir.
Putinlə görüş, populizm və avtoritarlığın artması ilə birlikdə, bu adam dünyaya əzələ nümayiş etdirdiyini, birtərəfli, sıfır mənfəətli oyun oynadığını açıq şəkildə ortaya qoyur və bu, çox zərərlidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...