Artıq 10 gündən sonra “Jara” Beynəlxalq Musiqi Festivalı start götürəcək
Axşam.az-ın məlumatına görə, xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən gecədə Rusya şou-biznesinin məşhur simaları yer alacaqlar.
Hər il olduğu kimi, bu dəfə də festivalda yerli məşhurların çıxışı gözlənilir. Belə ki, “Jara 2018”in qonaqları xalq artisti Aygün Kazımova, müğənni Samir Bağırov və “Eurovision”da ölkəmizi təmsil edən Aysel Məmmədova olacaq. Onlarla yanaşı səhnədə gənc ifaçı Cəmilə Haşımova (Jiva) , Rusiyada fəaliyyət göstərən müğənnilər Elman Zeynalov və Sultan Məşədiyev çıxış edəcəklər.
Artıq festivalın rəsmi səhifəsində müğənnilərin adları açıqlanıb. Bildirilib ki, Kazımova iyulun 29-da, Samir iyulun 27-də, Aysel isə 26-da səhnəyə çıxacaqlar. Tədbir iyulun 26-dan 29-na kimi "Sea Breeze" istirahət mərkəzində keçiriləcək.
Qeyd edək ki, festivalda ötən il əməkdar artistlər Röya Ayxan və Miri Yusif yer alırdı.
MilliYol.Az
Digər xəbərlər
loading...