Azərbaycan prezidenti İlham Əliyev fransalı həmkarı Emmanuel Makrona məktub göndərib
Dövlət başçısının məktubunda deyilir:
“Hörmətli cənab Prezident, XXI dünya çempionatında Fransa futbolçularının möhtəşəm qələbəsi və dünya çempionu adını qazanması münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dünya birinciliyinin gərgin mübarizəsindən qalib çıxaraq öz tarixində ikinci dəfə bu yüksək titulu qazanmış və azarkeşlərinə hədsiz sevinc bəxş etmiş Fransa yığmasının bütün üzvlərinə təbriklərimi yetirir, onlara yeni-yeni uğurlar diləyirəm”.
MilliYol.Az
Digər xəbərlər
loading...