Dağlıq Qarabağ münaqişəsi ətrafındakı hərbi-siyasi vəziyyət olduqca gərgindir
Bunu “Facebook”da canlı yayıma çıxan Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Vəziyyətin gərgin olduğunu bildirən Paşinyan izləyiciləri əmin etməyə çalışıb ki, itkilərə baxmayaraq vəziyyət nəzarətdədir.
“Hərbi-siyasi vəziyyət kifayət qədər gərgindir. Təkcə atəşkəsin pozulmasını demirəm, çünki hərbi qulluqçularımızın da dediyi kimi, atəşkəs o qədər də çox pozulmur. Əvvəlki vaxtlarla müqayisədə, mən hökumətin başçısı seçiləndən bəri 3-4 belə hal olub. Amma istənilən vəziyyətdə biz hər şeyə hazır və ayıq olmalıyıq.” – deyə Paşinyan bildirib.
Bu mənada Ermənistanın baş naziri 2016-cı ilin aprel döyüşlərinin təkrarlanacağından ehtiyatlandığını gizlədə bilməyib.
“Təmas xəttində Azərbaycan qoşun birləşmələrinin cəmləşdiyini görürük. Bu cür təmərküzləşmə aprel döyüşlərindən əvvəl də müşahidə olunurdu. Naxçıvan istiqamətində də bəzi hərəkətlənmələr müşahidə olunur,” - deyə Paşinyan vurğulayıb.
Qarabağda hərbi əməliyyatların yenidən başlayacağı ilə bağlı xalqın narahatlığını aradan qaldırmaq üçün öz oğlunun Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində hərbi xidmət keçdiyini xatırladan Paşinyan, bir növ həm də orduda xidmətdən yayınanlara təsəlli verməyə çalışaraq, bütün erməniləri Ermənistanın maraqlarını qorumağa çağırıb.(virtualaz.org)
MilliYol.Az
Digər xəbərlər
loading...