Artıq bir neçə gündür ki, Bakıda yolu kəsən toy karvanı ilə bağlı müzakirələr sosial şəbəkəni zəbt edib
Axşam.az-ın məlumatına görə, videoda bir qrup gəncin keçiddə maşınları saxlayıb düşərək yolun ortasında rəqs etməsi yer alıb.
Onların yolu bağlaması ətrafdakıların da narazıçılığına səbəb olub. Gözləmək məcburiyyətində olan digər sürücülər siqnallar verməyə başlayıblar.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yayılan videonun köhnə material olduğu hiss edilir:
“Bu video ilə bağlı araşdırmalara başlanılıb. Hələ ki, məkan, tarix barədə məlumat yoxdur. Araşdırmaların nəticəsi bitdikdən sonra ictimaiyyətə məlumat veriləcək.
MilliYol.Az
Digər xəbərlər
loading...