«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Britaniya müdafiə qərargahının rəisi, general Nikolas Karter bəyan edib ki, yeni təhdidlərə qarşı durmaq üçün Britaniya ordusunda fundamental dəyişikliklər qaçılmazdır
Onun sözlərinə görə, Böyük Britaniya hərbi sahədə Rusiya və Çindən geri qalır. Özünün təhlükəsizliyini təmin etmək üçün Londonun yeni silahlara ehtiyacı var.
«Qorxuram ki, bizim 70-illik «tarixi tətilimiz» başa çatmış olsun. Bu vəziyyəti dəyişmək üçün qarşıda bizi ciddi işlər gözləyir» – deyə, Karter bildirib.
Britaniya artıq ilk dəfə deyil ki, öz orlusunu Rusiya ordusu ilə müqayisə edir. Belə ki, 2016-cı ildə Birləşmiş silahlı qüvvələrin eks-komandanı Riçard Berrouns sabiq müdafiə naziri Maykl Fellona ünvanladığı məktubda bəyan edib ki, ordu döyüşə pis hazırlanıb və hücum olacağı təqdirdə, öz resurslarının böyük hissəsini itirə bilər.
Onun sölərinə görə, Müdafiə Nazirliyi (MN) ordunun döyüş qabiliyyətini saxlamaq əvəzinə, «vitrinləri bəzəmək»lə məşğuldur. Britaniyanın sərəncamında gəmilər və təyyarələr var, amma bir çox hallarda onlar üçün hətta döyüş sursatı belə, çatışmır. Nədən ki, London artıq «ABŞ hərbi qüvvələrinin asılılığına öyrəşib».
MilliYol.Az
Digər xəbərlər
loading...