Türkiyə bu gün 2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının hərbi çevrilişə cəhdi nəticəsində şəhid olanların ikinci ildönümünü qeyd edir
Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, “15 İyun Demokratiya və Milli Birlik Günü” çərçivəsində keçirilən anma mərasimində milyonlarla insan Şəhidlər körpüsünə doğru yürüş edib.
Qeyd edək ki, həmin günü Türkiyə 251 şəhid verib, minlərlə insan yaralanıb, qazi olub.
Prezident Ərdoğan milyonlarla insanın qarşısında çıxış edib.
O bildirib ki, 15 iyul türk millətinin yenidən dirilişidir: “15 iyul milli iradənin, böyük demokratiyanın qələbəsi, əsəridir”.
Prezident qeyd edib ki, FETÖ-ya qarşı çox güclü mübarizə aparılıb, aparılacaq:
“Biz çevrilişə dirənənləri, şəhid olanları, qazi olanları heç vaxt unutmayacağıq. O günü kimlərin harada olduğunu, harada nələr etdiyinin hamısını çox yaxşı bilirik. Bu millətin qanına əli batmış heç bir kimsə yaxasını qurtara bilməyəcək. Son FETÖ-çu xain hesab verənə qədər mübarizəmiz davam edəcək…”.
MilliYol.Az
Digər xəbərlər
loading...