Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu ərazisindən keçən hissəsində batmış yeniyetmənin meyiti tapılıb
PİA.AZ report.az-a istinadən bildirir ki, iyunun 14-də batan 16 yaşlı Yaqubov Elgün Vüqar oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən bu gün səhər tapılaraq sudan çıxarılıb.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin Ağcabədi rayon şöbəsinə təhvil verilib. Meyitə baxış keçirən tibbi ekspertlər heç bir zorakılıq əlamətləri aşkar etməyiblər.
Faktla bağlı araşdırmalar davam edir.
Digər xəbərlər
loading...