Netanyahu HƏMAS-ı hədələdi
“HƏMAS mesajlarımızı bu gün anlamasa da, sabah başa düşəcək”.
Bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, Qəzzaya qarşı aviazərbələrin davam edəcəyini bildirib: “Müdafiə naziri və Baş Qərargah rəisi ilə görüşümüzdən sonra HƏMAS-a qarşı sərt addımlar atmağa qərar verdik”.
Qeyd edək ki, İsrail ordusu Qəzza sərhədinə yaxın ərazilərə raket atıldığını iddia edərək fələstinlilərin yaşadığı ərazilərə 40-a qədər aviazərbə endirib. Hücumlar nəticəsində 2 azyaşlı fələstinli həlak olub, 25 nəfər isə yaralanıb/Axar.az.
Digər xəbərlər
loading...