McDonald"s ABŞ-da fəaliyyət göstərən 3 mindən çox restoranında salat satışını dayandırıb
"Report" xarci mətbuata istinadən xəbər verir ki, buna səbəb müxtəlif regionlarda qeydə alınmış kütləvi zəhərlənmə hallarıdır.
ABŞ-ın Ayova ştatının Səhiyyə Nazirliyi bəyan edib ki, bu ayın əvvəlindən 15 nəfər McDonald`sın salatlarından yeyəndən sonra zəhərlənib. İllinoys ştatının Səhiyyə Nazirliyi isə salatlardan 90 nəfərin zəhərləndiyini bildirib.
Həmin qidaların mədə-bağırsaq xəstəliklərinə səbəb ola biləcəyi deyilir.
Digər xəbərlər
loading...