Azərbaycanın kişi boksçulardan ibarət yığma komandası Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnirə qatılacaq
Federasiyanın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 16-da start götürəcək Semyon Trestinin xatirə turnirinə 5 boksçu qatılacaq.
A kateqoriyalı yarışda baş məşqçi Leonid Loivski Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.
Qeyd edək ki, Azərbaycan yığması Odessaya bu axşam yollanacaq.
Digər xəbərlər
loading...