Ukraynada “Coca-Cola”, “PepsiCo” və “Carlsberg” müəssisələri içməli suyun təmizlənməsi ilə bağlı yaranan problemlərə görə bağlanma təhlükəsi ilə üzləşib
Məhsulların istehsalı dayandırıla bilər.
Oxu.Az xəbər verir ki, bunu iyulun 13-də Avropa Biznes Assosiasiyasının müdir müavini Svetlana Mixaylovskaya bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik qaydalarına əsasən, şirkətlər öz zavodlarında xlor saxlaya bilmirlər və onun tədarükü ilə bağlı çətinliklər yaranıb.
İyulun əvvəlində Ukrayna paytaxtının sakinlərini içməli su ilə təmin edən “Kiyevvodokanal” suyun dezinfeksiyası ilə bağlı çətinliklərin olduğunu bildirib. Bu da ölkədə mərkəzləşdirilmiş su təchizatının kəsilməsinə səbəb ola bilər.
Digər xəbərlər
loading...