2018-ci ildə Azərbaycanda orta neft hasilatı sutkada 0,79 milyon barel təşkil edəcək
Bu barədə OPEK-in aylıq hesabatında qeyd olunub.
Hesabatda bildirilir: "2018-ci ildə gözələnilir ki, ölkədə neft istehsalı həcmi sutkada 0,01 milyon barel azalaraq 0,79 milyon barel təşkil edəcək".
Qeyd edək ki, OPEK-in iyun hesabatında Azərbaycanda 2018-ci il üzrə neft hasilatı sutkada 0,78 milyon barel proqnozlaşdırılmışdı.
OPEK-in proqnozlarına görə, 2019-cu ildə isə Azərbaycanda neft hasilatı sutkada 0,02 milyon barel azalmaqla 0,77 milyon barel təşkil edəcək.
Bildirilir ki, mayda Azərbaycanda xam neft hasilatı sutkada 15 min barel artaraq 0,73 milyon barel təşkil edib. Qeyd olunur ki, bu, "Azəri-Çıraq-Günəşli" blokundakı "Mərkəzi Azəri" və "Şərqli Azəri" platformalarından hasilat hesabına mümkün olub.
Ötən ay Azərbaycanda sutkalıq neft hasilatı 792 min barel təşkil edib ki, bunun da 739 min bareli neftin payına, 53 min bareli isə kondensatın payına düşüb.(trend)
Digər xəbərlər
loading...