2017-ci ilin birinci yarısında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 7,3 faiz artaraq 23526,7 milyon manata çatıb
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, əhalinin hər nəfərinə düşən gəlirlər orta hesabla 2422,9 manat təşkil edib. Bu dövr ərzində gəlirlərin 86,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 3,3 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 21526,8 milyon manatlıq vəsait qalıb.
Digər xəbərlər
loading...