2018-ci ilin yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 865,9 milyon manatlıq xidmət göstərib ki, onun da 72,2 faizi əhali tərəfindən istehlak olunub
“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, 2017ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Xidmətlərdən əldə edilən gəlirin 48,5 faizi və ya 419,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Digər xəbərlər
loading...