Deputatlardan pul alıb, “cinlərə qonaqlıq verirmiş”
Falçı Hüseyn Əlizadə və anası Lalə İbrahimova külli miqdarda dələduzluq ittihamı ilə Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıblar.
İttihama görə, falçı Hüseyn kimi tanınan Hüseyn Əlizadə anası ilə birlikdə Rübabə Ağayevadan külli miqdarda pul və qızıl-zinət əşyalarını fırıldaq yolu ilə ələ keçirib.
R.Ağayevanın dediyinə görə, o, cindar Hüseynə ümumilikdə 300 min manata yaxın pul - 57000 ABŞ dolları, 15000 Böyük Britanya funt sterlinqi, 47000 manat və 55 min manat dəyərində 600 qram qızıl və zinət əşyaları verib.
Məlumata görə, pulları Ağayevlər ailəsindən cinlərə qonaqlıq vermək adı ilə alan H.Əlizadə və anasının cinayət işi Binəqədi rayon prokurorluğunda araşdırıldıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.
İddia olunur ki, Lalə İbrahimova və oğlu Hüseyn Əlizadə Milli Məclisin deputatlarından tutmuş iş adamlarının ailələrinə, sənətçilərə kimi bir çox şəxsi aldadaraq onlardan cin çıxarmaq adı ilə külli miqdarda pul və qızıl-zinət əşyaları ala biliblər.
Saytın yazdığına görə, Hüseyn və Lalə iə bağlı ümumilikdə 6 nəfər şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib. (olke.az)
Digər xəbərlər
loading...